Türkiyənin Azərbaycandakı səfirliyi referendumda səsvermənin gedişi barədə məlumat verib

10-04-2017, 17:17           
Türkiyənin Azərbaycandakı səfirliyi referendumda səsvermənin gedişi barədə məlumat verib
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı aprelin 9-da keçirilən referendumda səsvermənin gedişi barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfirlikdəki seçki məntəqəsində səsvermə aktiv seçici fəallığı ilə dinc şəraitdə keçib.

Bakıda 5632, Naxçıvanda 234, Gəncədə 213 Türkiyə vətəndaşının səsvermə hüququnun olduğu qeyd edilib.

Eyni zamanda, seçkinin dəqiq nəticələri və seçici fəallığının dəqiq göstəricisinin Türkiyə Yüksək Seçki Komissiyasına göndərilmiş seçki qutuları açıldıqdan sonra elan ediləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyənin özündə referendum aprelin 16-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru