Qadın ərini küçənin ortasında döydü (FOTO)

14-04-2017, 15:24           

Buna səbəb onun dərmana pulunun olmaması olub

Adətən qadın cinayətlərinin gündəm olduğu Türkiyədə bu dəfə fərqlilik olub. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qadın küçənin ortasında öz ərini döyüb.

Hadisə Balıkesirin Edremit rayonunda olub. Taksi ilə aptekə gələn ər-arvad dərman almaq istəyib. Lakin kişinin üzərində yetərli pul olmayıb. Bundan əsəbləşən qadın kişinin üzərinə gedib və onu vurmağa başlayıb. Zərbələrin təsirindən yıxılan kişi ayağa qalxan kimi qadın vurmağa davam edib.

Hirsi soyumayan qadın aptekin qarşısındakı süpürgə ilə də ərini qovmağa başlayıb. Maraqlısı odur ki, bir müddət sonra sakitləşən qadın heç nə olmamış kimi ərinin qoluna girərərk hadisə yerindən uzaqlaşıb. Arvadının şiddətinə məruz qalan şəxs də heç bir etiraz nümayiş etdirmədən yoluna davam edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru