TRT-nin şərhçisi “erməni” sözünə görə üzr istədi

14-04-2017, 19:42           
TRT-nin şərhçisi “erməni” sözünə görə üzr istədi
Dünən “Beşiktaş”ın “Lion”a 1:2 hesabı ilə uduzduğu Avropa Liqasının oyunundan öncə iki klubun azarkeşləri arasındakı davanın baş verməsində erməni təxribatının ola biləcəyi ehtimal edilir.

Qol.az-ın xəbərinə görə, matçın şərhçisi Alper Bakırcığil insident zamanı canlı yayımda bildirib ki, “Lion ermənilərin daha çox yaşağıdı bir şəhərdir. Dolayısı ilə türk azarkeşlərə qarşı təxribatların ola biləcəyi çox açıq şəkildə qeyd edilirdi” – kimi fikirlər işlədib.

Alper Bakırcığil ilə birgə oyunu şərh edən “Beşiktaş”ın sabiq futbolçusu Əli Gültiken isə buna cavab olaraq deyib: “Erməni vətəndaşlarımızın hamısını bu işə qarışdırmayaq. Erməni camaatı “Beşiktaş”ı çox sevən toplumdur. “Beşiktaş”a könül verən minlərlə insan tanıyıram. Azarkeşləri içində hadisəni terrorizmə çəkmək istəyənlər ola bilər”.

“Hürriyyət” qəzetinin yazdığına görə, Alper Bakırcığil ona yönələn hücumlardan sonra açıqlama yayaraq üzr istəyib və “yanlış anlaşıldığını” deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru