ABŞ-ın sabiq dövlət katibi və MKİ-nin direktoru Türkiyədə həbs ediləcək

14-04-2017, 23:29           
ABŞ-ın sabiq dövlət katibi və MKİ-nin direktoru Türkiyədə həbs ediləcək
Türkiyənin ərazisinə daxil olacaqları təqdirdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan və strukturun aparıcı əməkdaşları Qrem Fuller, Henrix Barki, eləcə də prokuror Prit Bxarara və Mixael Rubin həbs ediləcəklər.
Virtualaz.org bildirir ki, xəbəri Anadolu agentliyi yayıb.

İstanbul prokurorluğu onları vaiz Fətullah Gülənlə əlaqədə və 15 iyul 2016-cı il dövlət çevrilişinin təşkilində əməkdaşlıqda ittiham edir.
İttiham edilənlər arasında ABŞ-ın dövlət katibi olmuş Kolin Pauell də var.
İnformasiyaya əsasən, Türkiyə bütovlükdə ABŞ-ın 17 keçmiş və indiki dövlət məmurunu FETÖ ilə əməkdaşlıqda və 15 iyul 2016-cı il dövlət çevrilişinin təşkilində iştirakda ittiham edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.