Türkiyədə silahlı şəxs qarşısına çıxanı güllələdi: yaralılar arasında azərbaycanlı da var

15-04-2017, 20:46           

İstanbulun Bahçelievler səmtində dostu ilə dalaşan 21 yaşlı Eray Aygün küçədə silahdan atəş açaraq önünə keçəni güllələyib.


Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onların arasında azərbaycanlı da var.

Hadisə Siyavuşpaşa məhəlləsində axşam saatlarında baş verib. Cenk İ. adlı şəxs Eray Aygünə zəng edərək onunla görüşmək istədiyini bildirib. Lakin “hər kəsi güllələyəcəyəm!” deyən E.Aygün telefonu söndürüb. Bundan sonra məhəlləyə gəlib və qarşısına çıxan hər kəsə əlindəki silahdan atəş açıb.

E.Aygünün etdiyi atəş nəticəsində Adəm Esen, Abdülsamet İşık, Alev Bülent Ay, Murat Koç, Xıdır Hamzeoğlu və Azərbaycan vətəndaşı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polisin verdiyi məlumata görə, hazırda E.Aygünün tutulması üçün axtarışlar aparılır. İstintaq nəticəsində məlum olub ki, o, bir dostu ilə mübahisə etdikdən sonra küçəyə çıxaraq insanlara təş açıb. Əvvəlcə ona yol verməyən iki nəfəri güllələyib, daha sonra ətrafdakılara “nəyə baxırsınız?” deyərək atəş açıb.

Ən son oğurluğa görə həbsxanaya düşdüyü bildirilən E.Aygünün ümumilikdə 17 dəfə cinayət törətdiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru