Kılıcdaroğludan ilk seçki açıqlaması: Millətin qərarına...
17-04-2017, 01:43
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu referendumun nəticələri ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, Kılıcdaroğlu qeyri-bərabər şərtlərdə bir referendum keçirdiklərini deyib:
“Bunu hər kəs bilir. Demokratiyaya sahib çıxmaq üçün əlimizdən gələn hər şeyi etdik. “Hə”ni müdafiə edənlər hüquq çərçivəsindən çıxdılar, amma biz hüquq daxilində səy göstərdik. Konstitusiyalar ictimai uzlaşma sənədidir. Bu, hamımızın Konstitusiyası olacaq - bir qrupun, bir partiyanın, bir ailənin deyil. Cəmiyyətin ən azı 50 faizi buna “Yox” deyir”.
Kılıcdaroğlu referendumun nəticələrinə görə Seçki Komissiyasını günahlandırıb:
“YSK bu referendumu mübahisəli vəziyyətə gətirdi. Millətin qərarına YSK kölgə saldı. YSK referendumun təhlükəsizliyindən məsuliyyətli idi”. Qeyd edək ki, Konstitusiya dəyişikliyinə seçicilərin 51,2 faizi “Hə” deyib.