Referendumun son nəticələri açıqlandı: Ərdoğan narazıdır

17-04-2017, 10:19           

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticələri açıqlanıb.

Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, artıq bülletenlərin 100 faizi açılıb. Nəticələrə əsasən “Bəli” deyənlər 51,4 faiz təşkil edib. Dəyişikliyə qarşı çıxanlar 48,8 faizidir.

İstanbul və Ankarada “yox” tərəfdarları daha çox olub. İstanbulda bu rəqəm 51,4, Ankarada isə 51,2 faiz təşkil edib.

Türkiyə mətbuatının yazdığına görə, "bəli" deyənlərin faizinin az olması, xüsusilə böyük şəhərdə "yox" tərəfdarlarının çoxluq təşkil etməsi prezident Rəcəb Tayyib Ərdoğanı narazı salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru