Yunus Əmrənin Qaxdakı məzarı - VİDEO

18-04-2017, 12:14           
Yunus Əmrənin Qaxdakı məzarı - VİDEO
Oncallı kəndinin Oğuz qəbirstanlığında dəfn olunan Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarları həmin qəbirstanlığı ziyarətgaha çevirib.

teref.az ARB Şəki-yə istinadən xəbər verir ki, Anadolu türkcəsində yazan Şeyx Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonunun Oncallı kəndində çox sevilirdi.

Söylənilir ki, Yunus Əmrə bir-neçə nəfərlə Anadoludan səfərə çıxıb və Qaxda yaşayıb-yaratmağı qərara alıb. 2010-cu ildə Türkiyənin o vaxtki prezidenti Abdullah Gül də məzarı ziyarət etmək üçün bura səfər edib.

Yunus Əmrə və mürşidi Hacı Tapdıq Oncallı kəndində fəaliyyət göstərdikləri dövrlərdə nüfuz sahibi olub, hər kəs tərəfindən hörmət qazanıblar. Onlar sanki öləcəklərini əvvəlcədən bilirdilər. Oncallı kəndində xəstəlik yayılır və insanların kütləvi qırılması baş verir. Bunu görən Yunus Əmrə və mürşidi məzarlıqda yerin qalmayacağın görərək, əvvəlcədən özlərinə yer seçirlər.

Onu qeyd edək ki, Türkiyə Mədəniyyət Nazirliyinin müşaviri Feyzulla Budaqlı Qaxda olarkən Oncallıdakı qəbirstanlığa getmiş, Yunus Əmrə və Hacı Tapdığının qəbirlərini gördükdə heyrətlə demişdir; Türkiyədə Yunus Əmrəyə istinad edilən qəbrlərin sayı bəlkə də 20-dən çoxdur. Lakin Türkiyədəki həmin 22 qəbrin heç birinin yaxınlığında əfsanələrin, rəvayətlərin təsdiqi olaraq Tapdıq babanın qəbri yoxdur. Deməli məşhur el şairinin qəbrinin yeri barədə söylənilən ehtimalların ən ağıla batanı Qaxın Oncallı kəndidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru