Ərdoğan ATƏT-in müşahidəçilərini aşağıladı:“öz yerlərini bilməlidilər”.

18-04-2017, 12:23           


Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bəyan edib ki, ölkə konstitusiyana edilən dəyişikliklərlə bağlı keçirilən referendumu müşahidə edən beynəlxalq strukturlar “öz yerlərini bilməlidilər”.


AFN bildirir ki, Ərdoğanın bu sözlərini Reuters agentliyi yayıb.
Ankarada president sarayı önünə toplaşan çoxsaylı tərəfdarları qarşısında çıxış edən Ərdoğan qeyd edib ki, baş tutan referendum konstitusiyaya dəyişikliklərlə bağlı diskussiyalara son nöqtəni qoydu. O, bəyan edib ki, bunun ardınca hakimiyyətin məhkəmə qolundan başlayaraq, islahatların keçirilməsinə start veriləcək.
Avropalı müşahidəçilərin səsvermənin beynəlxalq standartlara cavab verməməsi ilə bağlı fikirlərinə cavabında Ərdoğan qeyd edib ki, Türkiyə ATƏT-in müşahidəçi missiyasının hesabatını “görmür, eşitmir və qəbul etmir”. Onun fikrincə, bəzi Avropa ölkələri konstitusiya dəyişikliklərinin əleyhinə Türkiyə müxalifətindən daha çox köklənmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru