“Biz acından öləndən sonra…” - Azərbaycanlı deputat

19-04-2017, 14:24           
“Biz acından öləndən sonra…” - Azərbaycanlı deputat
Azərbaycanda baş verən fəlakətli daşqınların əsas günahkarı İranın Yol və Şəhərsalma Nazirliyidir.

Axar.az “GAMAC.info”ya istinadən xəbər verir ki, bunu İran parlamentində çıxışı zaman Urmiyadan olan millət vəkili Nadir Qazipur söyləyib.

“Yol və Şəhərsalma Nazirliyi yolu bağlayıb, əhali məcburən “Qələzar” körpüsü altından keçməli olub. Nazlirlik təbii fəlakət zamanı yolu açmalı olduğunu bildiyi halda bunu etməyib. Ona görə də daşqınlar zamanı itkilərə səbəb olan əsas amil Yol və Şəhərsalma Nazirliyidir. Əhali məcburən faciənin yarandığı istiqamətdə hərəkət edib və ailələri ilə birlikdə həlak olublar”, - deyə o bildirib.

Nadir Qazipur sel bölgəsi əhalisinə yardımlarla bağlı da öz narazılığını bildirib:

“3 gündür ki, məsul şəxslər 70 ton müxtəlif qida məhsulunu sel bölgəsinə gətiriləcəyini deyir, lakin bu baş vermir. Görəsən bu məhsullar nə zaman gəlib çatacaq, əhali aclıqdan öləndən sonra?! Bu günədək Qərbi Azərbaycanın heç bir yerində qida məhsulu paylanılmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru