“NATO Türkiyəyə müdaxilə etməlidir” – “New York Times”
19-04-2017, 19:44
ABŞ-ın “New York Times” qəzeti konstitusiyaya dəyişikliklərlə bağlı bazar günü Türkiyədə keçirilən referendum haqda “Türkiyədə demokratiya uduzdu” yazısı ilə çıxış edib.
NATO-nu Türkiyəyə müdaxilə etməyə çağıran məqalə Trampın Ərdoğana telefon zəngi vurmasını da səhv addım adlandırıb.
“Bu referendum Ərdoğanın uzun müddətdir parlament sistemini güclü bir prezident idarəçiliyi ilə əvəz etmək cəhdlərinin uğur qazandığını göstərir. Hər nə qədər Türkiyə NATO üzvü olsa da, demokratik dəyərlər üzərində inşa edilən bu ittifaq daxilində getdikcə uzaqlaşan bir üzvə çevrilir. Ərdoğan Avropa və Amerika ilə münaqişəyə getdi, Qərb əleyhinə düşmənçiliyi qızışdırdı, Rusiya ilə münasibət qurmağa başladı” – “New York Times” qəzeti yazır.
Qəzet yazır ki, NATO ölkələri Ərdoğanın avtoritar addımlarını nəzarət altına almaq üçün əllərindən gələn hər şeyi edərkən, Türkiyədə demokratiya müdafiəçilərinə də cəsarət verməlidir.
“Ağ Ev bazar ertəsi prezidentin Trampın Ərdoğanı telefon zəngi ilə təbrik etdiyini bəyan etdi. Bu şok edici dərəcədə səhv addım idi. Türkiyədə demokratiya yenidən canlanarsa, Ərdoğanın məcbur etdiyi sistemi qəbul etmək istəməyən milyonlarla türkün sayəsində olacaq. Haqlarını və azadlıqlarının geri qaytarmağın yolunu tapacaqlar” – məqalədə deyilir.
Trampın daha əvvəl “Siz yana xəbərlər yayırsız” deyərək etiraz etdiyi CNN iki lider arasında telefon görüşünü həzm edə bilməyərək qaralama kampaniyası aparıb.