CHP Türkiyə parlamentindəki fəaliyyətini dayandıra bilər - partiya nümayəndəsi

19-04-2017, 20:58           
CHP Türkiyə parlamentindəki fəaliyyətini dayandıra bilər - partiya nümayəndəsi
Türkiyədə aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə Böyük Millət Məclisindəki fəaliyyətini dayandıra bilər.

SalamNews-un “Haberler”-ə istinadla verdiyi xəbərə görə, bunu partiya sözçüsü Selin Sayek Böke bəyan edib.

Referendum nəticələrini tanımadıqlarını qeyd edən Böke bildirib: "Referendumun nəticəsi “bəli” olmadı və konstitusiya dəyişikliyi baş tutmadı. 16 apreldə keçirilmiş referendum nəticələri bizim üçün “yox” hökmündədir. Referendumun hər mərhələsində hiylə və saxtakarlığa yol verilib. Xalqın səsləri ilə əldə edilə bilməyən nəticə Ali Seçki Komissiyasının qurduğu yollarla və hiylə ilə əldə edilib. Bu referendum mübahisə mövzusu belə deyil. Referendum yenidən keçirilməlidir və CHP bunun üçün üzərinə düşən hər şeyi edəcək. Çünki xalqın iradəsi oğurlanıb”.

Böke vurğulayıb ki, CHP bu məqsədinə nail olmaq üçün, hətta TBMM-də partiya fəaliyyətini də dayandıra bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru