Almaniyadan sərt Türkiyə açıqlaması – “İplər qopur”

18-05-2017, 09:06           
Almaniyadan sərt Türkiyə açıqlaması – “İplər qopur”
Ankara-Berlin böhranı dərinləşir

16 aprel konstitusiya referendumundan əvvəli Türk nazirlərə mitinq icazəsi verilməməsinin ardından iki ölkə arasında baş verən gərginlik artmaqda davam edir.

Almaniya xarici işlər naziri Sigmar Gabriel, İncirlik böhranı və Türkiyədə həbs olunan almanlarla bağlı çox sərt mesajlar verib. O, Türkiyəyə daxil olan alman vətəndaşların geri qayıda bilməməsini qəbuledilməz olduğunu bildirib:

“Artıq yetər. Səbrimizin də bir sərhədi var. Türkiyəyə girən alman vətəndaşlarının çıxa bilməməsi qəbuledilən deyil. Almaniya Parlamenti də şantaj ediləcək bir yer deyil.

Bizə kim təzyiq etməyə qalxar, kim əsgərlərin siyasətçilər tərəfindən ziyarət edilməsinə icazə verməz, kim bizi qaçqınları həbs etməkdə və işgəncə verməkdə günahlandırar, sərt reaksiyamızla qarşılaşar. Buna keçmişdə də icazə vermədik, gələcəkdə də vermərik”,-deyə nazir bildirib.(azadliq.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru