4 aylıq uşaq narkoman doğulub - DƏHŞƏT

25-05-2017, 18:04           


Türkiyədə dəhşətli hadisə qeydə alınıb. Narkotik istifadəçisi olan cütlüyün dünyaya gətirdiyi uşaq mediada geniş müzakirələrə səbəb olub.

7News.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsində, narkoman cütlüyün körpələri də narkoman kimi doğulub. 3 il əvvəl tanış olan cütlük keçən il ailə həyatı qurub.

Narkotik maddələrdən istifadə edən cütlük bir neçə dəfə müalicə olunmağa təşəbbüs göstərsələr də, heç bir nəticəsi olmayıb.

Hamilə qalan qadın narkotik maddələrdən istifadə etməyə davam etdiyi üçün dünyaya gələn köpənin narkotik asılılığı olduğu müəyyən olunub.

Həkimlər ana südü vasitəsilə uşağın orqanizminə narkotik maddələrin getdiyini bildirib.

Hazır uşaq yeməklərini yeməyən 4 aylıq uşaq xəstəxanada nənə və babasının himayəsi altında ciddi müalicə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru