Merkel Ərdoğandan o jurnalisti istədi

26-05-2017, 00:52           

Almaniya kansleri Angela Merkellə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Brüsseldə NATO sammiti çərçivəsində görüş baş tutub.

Axar.az xəbər verir ki, görüşdə kansler hazırda Türkiyədə həbsdə olan alman jurnalist Dəniz Yücəlin azadlığa buraxılmasını Ərdoğandan xahiş edib.

Bundan əlavə, tərəflər İncirlik aviabazası ilə də bağlı müzakirələr aparıblar.

Xatırladaq ki, Almaniyanın məşhur mətbu orqanlarında sayılan “Di Velt”in Türkiyə üzrə nümayəndəsi Dəniz Yücəl 2017-ci ilin 14 fevralında terror təbliğatı aparmaq ittihamı ilə həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru