Ermənistan sərhədində əməliyyat: - 29 ölü 26-05-2017, 13:04 Türk ordusu Ağrı vilayətində PKK terrorçularına qarşı əməliyyat keçirib.Axar.az xəbər verir ki, bu barədə Ağrı Valiliyi məlumat yayıb.Əməliyyat zamanı 29 terrorçunun məhv edildiyi bildirilir.Valilik bu hücumun PKK-nın Van-Çaldıran yolunda 3 TIR-ı yandırmasına cavab olduğunu açıqlayıb.Xatırladaq ki, ötən gün Ağrıda terrorçuların hücumu nəticəsində 4 türk əsgəri yaralanıb, 2-si şəhid olub. Facebook-da paylaş