Bu futbol stadionlarının adı dəyişiləcək – Ərdoğandan göstəriş

27-05-2017, 09:31           
Bu futbol stadionlarının adı dəyişiləcək – Ərdoğandan göstəriş
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin bəzi futbol klublarının stadionlarının adının dəyişilməsinin vacibliyini bildirib.

Moderator.az xəbər verir ki, prezident bəzi stadionların adındankı “arena” sözünün götürülməsini tapşırıb. O “arena” kimi tanınan meydanlarda tarixən bir zamanlar hansı işlərin görüldüyünü xatırlatmaqla türk dilində elə bir sözün olmadığını da qeyd edib.

“Nazirlərə bu məsələ ilə bağlı tapşırıq verdim. “Arena” sözlü stadion adlarını dəyişdirəcəyik. Bizim dildə elə bir söz yoxdur”.

Qeyd edək ki, Türkiyədə “Qalatasaray”ın stadionu “Türl Telekom Arena”, “Beşiktaş”ın “Vodofone Arena”, “Trabzonspor”un ““Medical Park Arena”, “Bursaspor”un “Timsah Arena” adlanır. Bu qəbildən olan başqa stadion adları da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru