Türk-yunan savaşı başladı: Türklər anlamalıdır ki...

26-06-2017, 10:13           

Yunanıstanın “Anonimus Yunanıstan” haker qrupu Türkiyə Sənaye və İnkişaf Bankının saytını dağıdıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı qrup öz Feysbuk səhifəsində yayıb.

“Türkiyə Sənaye və İnkişaf Bankı yox oldu. Türklər, anlayın ki, ən yaxşı müdafiə hücumdur”, – deyə qurum açıqlamasında bildirib.

Hakerlər bu addımı Yunanıstan Baş naziri Aleksis Çiprasın saytına edilən kiberhücuma görə atdıqlarını bildiriblər. Onlar Türkiyə Sənaye və İnkişaf Bankından öncə 300 türk saytını da dağıtdıqlarını açıqlayıblar.

Qeyd edək ki, tərəflər arasında kibersavaşa səbəb Ayasofyada Quran oxunmasından sonra Yunanıstanda başlayan etirazlar olub. Türk hakerlər bu etirazlara görə Yunanıstan baş nazirinin saytını dağıdıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru