Kürdlər azərbaycanlı SEPAH-çı qızının gözü önündə güllələdilər
28-06-2017, 19:23
İranın Qərbi Azərbaycan əyalətində PKK terror təşkilatının İran qanadı sayılan “Pjak” kürd yaraqlıları azərbaycanlı SEPAH-çı Mustafa Firdovsini ailə üzvlərinin gözü qarşısında qətlə yetiriblər.
Axar.az İran mediasına istinadla xəbər verir ki, hadisə İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt məntəqəsində baş verib. Bir qrup “Pjak” üzvü Poldəştin Zakirlu kəndinə daxil olaraq, SEPAH-ın bölgədəki özəl qüvvələrində çalışan Mustafa Firdovsinin yaşadığı mənzilə silahlı basqın edib.
Onlar odlu silahlardan 10 dəfə atəş açaraq SEPAH-çını qızı və həyat yoldaşının gözləri önündə öldürüblər və dərhal hadisə yerindən qaçıblar.
Maku şəhər SEPAH-ı qatillərin axtarışı üçün əməliyyatlara başlanıldığını açıqlasa da, Mustafa Firdovsinin kimliyi və hadisənin detalları haqda məlumat yaymayıb.