Türkiyədə film kimi hadisə - FETÖ-çu tabutda "qaçdı"

28-06-2017, 19:25           
Türkiyədə film kimi hadisə - FETÖ-çu tabutda "qaçdı"
FETÖ terrör şəbəkəsinin əsas simalarından biri olan Faruk Bayandırın Türkiyədən necə çıxarıldığına aydınlıq gətirilib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nun 15 iyul çevriliş planında yer almış Faruk Bayandır ölkəni tərk etdiyi təyyarəyə xüsusi tabutda “mindirilib”.

İstanbul-Ərbil reysi ilə uçan təyyarə havaya qalxdıqdan sonra Bayandır qruplaşma üzvlərinin köməyilə tabutdan çıxarılıb və salonda əyləşdirilib. Araşdırma zamanı onun ölümünü təsdiqləyən sənədlərin saxta olduğu müəyyənləşib.

Qeyd olunur ki, Bayandır Ərbildən ABŞ-a uçub və indiyə qədər də Mayami şəhərində gizlənir.
Bayandırı Türkiyədən çıxaran təyyarənin FETÖ lideri Fətullah Gülənin şirkətlər qrupuna məxsus “Tarkim” aviaşirkətinə məxsus olduğu üzə çıxıb.

Faruk Bayandırın qaçış planı isə “Tarkim”in əməkdaşlarının dindirilməsindən sonra məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru