Millət vəkilinə sui-qəsd – 4 silahlı həbs edildi

28-06-2017, 19:35           
Millət vəkilinə sui-qəsd – 4 silahlı həbs edildi
Türkiyənin Şanlıurfa vilayətinin Suruç mahalında AKP millət vəkili İbrahim Xəlil Yıldıza sui-qəsd etmək istəyən terrorçular saxlanılıb.

Axar.az “Hürriyyət”ə istinadən xəbər verir ki, Şanlıurfa polisi millət vəkilini öldürməyi planlaşdıran 4 terrorçunu həbs edən zaman onların üzərindən xeyli silah və partlayıcı maddə tapıb.

Millət vəkili İbrahim Xəlil Yıldızın sui-qəsddən son anda xilas olduğu bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.