Türkiyə ordusu Suriyanın Afrin bölgəsindəki YPG mövqelərini bombardman edir

30-06-2017, 19:59           
Türkiyə ordusu Suriyanın Afrin bölgəsindəki YPG mövqelərini bombardman edir
Türkiyə ordusu Suriyanın şimalındakı Afrin bölgəsindəki YPG mövqelərini artilleriya atəşinə tutub.
Avropa.info xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu YPG-nin də minaatanlardan cavab atəşi açması nəticəsində sərhəd bölgəsindəki türk əsgərləri hazır vəziyyətə gətirilib.
Azad Suriya Ordusundan əldə olunan məlumata görə bu gün Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu YPG-nin mövqelərini artilleriya atəşinə tutub.
Əldə olunan məlumata görə Türkiyə ordusunu Afrinin Raco qəsəbəsindəki Hişrike yüksəkliyini bombardman edib.
Digər tərəfdən sərhəddə aktivliyin artdığı Türkiyə tərəfindən sərhədə hərbi qüvvə yeridildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru