Türkiyədə hakim partiyanın rəsmisi güllələnərək qətlə yetirilib

1-07-2017, 07:33           
Türkiyədə hakim partiyanın rəsmisi güllələnərək qətlə yetirilib
Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yerli rəhbərinin köməkçisi Orxan Mercan yaşadığı evin qarşısında güllələnib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, xəstəxanaya çatdırılan O.Mercanın həyatını xilas etmək mümkün olmayıb.

Hücumun PKK tərəfindən törədildiyi ehtimal olunur. İnsidentin ardından hadisə yerinə çox sayda polis cəlb edilib. Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır. Məlumata görə, dörd uşaq atası O.Mercan partiyadakı vəzifəsindən ayrılması üçün uzun müddət PKK tərəfindən təhdid edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru