Türkiyədən Çiprasa sərt sözlər: Sənin şəxsiyyətinə...

15-07-2017, 10:15           

Yunanıstan Baş naziri Aleksis Çiprasın 13 iyul günü Selanikdə mətbuat konfransında bir suala cavab olaraq, ölkəmizə qarşı istifadə etdiyi deyilən bəzi sözlər doğrudursa, bunları eynilə ona təhvil veririk.

Axar.az xəbər verir ki, bu barədə Türkyiə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

XİN bildirir ki, əgər Çipras Türkiyə əleyhinə danışıbsa, bu, onun nə şəxsiyyətinə, nə də ki, vəzifəsinə yaraşar.

"Yunanıstanın səlahiyyətli nümayəndələrinin ölkəmizi maraqlandıran məsələlərdə məsuliyyətli mövqe sərgiləyəcəklərinə ümid edirik", - bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Çipras açıqlamasında Türkiyənin Kiprlə bağlı ədalətli mövqe sərgiləmədiyini, türk ordusunun adanı tərk etməli olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru