Türkiyə NATO-nu yox, Rusiyanı seçdi

15-07-2017, 10:16           

“Rəsmi Ankaranın NATO-dakı müttəfiqlərindən deyil, Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur”.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Bu müstəqil bir qərardır. Lakin problem "S-400" sisteminin operativ uyğunlaşdırılmasındadır. NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz. Bunu təmin etmək sadəcə mümkün deyil” - deyə, o, qeyd edib.
Bundan əvvəl “Bloomberg” agentliyi xəbər verib ki, Türkiyə Rusiyadan "S-400" zenit-raket komplekslərini əldə etməyi qərara alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru