Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyə şəhidləridir - səfir

15-07-2017, 16:20           
Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyə şəhidləridir - səfir
"15 iyul hadisəsi zamanı şəhid olanlar həm də Azərbaycanın şəhidləridir, eyni zamanda Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyə şəhidləridir."

SalamNews xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıdakı "Heydər" məscidində ötən il Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısı alınarkən şəhid olmuş insanların xatirəsinə qılınan vəhdət namazı zamanı səsləndirib.

Bu tədbirin təşkilinə görə Qafqaz Müsəlmanları İdarəsinə təşəkkür edən diplomat deyib: "Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru