Suriyadakı teroristlərə yardım etmək üçün Türkiyənin nəzərdə tutduğu 10 yol
15-07-2015, 16:03
Suriyadakı teroristlərə yardım etmək üçün Türkiyənin nəzərdə tutduğu 10 yol
Bir neçə vaxt bundan öncə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çox az danışan, iddiasız, özünün və hökumətin sırlarının qoruyucusu olan bir şəxsi – Türkiyətin Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidanı (Ərdoğanın qara qutusu) çağırıb, ona göstəriş vermişdir ki, Suriya hökumətinə qarşı olan bütün silahlı müxalifəti (mötədil silahlılar) Türkiyənin sərhəd bölgələrindən Suriya ərazisinə yönləndirsin.
Ötən 2 il müddəti ərzində Türkiyə Suriyanın şimal bölgələrində təhlükəsiz bir bölgə yaratmaq (1991-2003-cü illər ərzində İraqın Kürdistanında baş verdiyi kimi) niyyətində olmuş və bunu BMT və Avropa ölkələri vasitəsilə gerçəkləşdirməyə çox çalışmışdır. Ərdoğanın bu göstərişi nəticəsində Səudi Ərəbistanın ayırdığı böyük vəsaitlər ilə Amerika hərbçilərinin nəzarəti altında Qazi Antep şəhərində təlim görmüş yüzlərcə hərbçi Hələb şəhərini Suriya hökumətinin nəzarəti altından çıxartmaq məqsədilə bu vilayətə göndərilmişlər. Bu güvvələr Hatay vilayəti yolundan səhrəddə yerləşən Yayladağı şəhərinə daxil olub, oradan yavaş-yavaş Suriyanın Hələb vilayətinə keçdilər.
Qərb ölkələri və Türkiyətin KİV-i də ötən həftələrdə Türkiyənin cənub sərhədlərində və Suriyanın şimal sərhədlərinin yaxınlığında hərbçilərin yerləşdirildiyidə dair bir çox xəbərlər yaymışlar. Hal-hazırda demək olar ki, hadisələrin gedişatı ötən həftələrdə ehtimal mərhələsini aşmış və qətiləşmək üzrədir. Son xəbərlərə görə, Türkiyə hazırkı şəraitdə beynəlxalq və ultra regional güclərdən icazə almadan Suriyaya qarşı hücuma keçmək niyyətindədir ki, təhlükəsiz bir bölgə yaradaraq daha çox suriyalı teroristi yetişdirib, təşkilatlandırıb, Bəşar Əsəd hökumətinin devrildiyi gün üçün hazırlasın.
Şübhəsiz Türkiyənin Suriyaya qarşı hər hansı bir hücum təşkil etməsi Dəməşq hökumətinə qarşı olan qrupların Ankara ilə geniş əməkdaşlıq etmələri və onları dəstəkləmələrindən asılıdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Türkiyə bir tərəfdən suriyalı müxalif qüvvələrinin ona bağlı qalacağına inanmır və digər tərəfdən isə onların Türkiyəni dəstəklədikləri təqdirdə isə Türkiyədən dünyada mənfi bir sima formalaşacaqdır. Suriya Teroristlərinin Türkiyyəni dəstəklədikləri təqdirdə ümüm düşüncə Türkiyəni bir terorist dövlət kimi dəyərləndirəcəkdir. “Hafinqton post” aprel ayının 12-də yaydığı məlumatda Bəşar Əsədin hakimiyyətdən uzaqlaşdırılması məqsədilə hərbi ittifaq qurmağa yönəlik Türkiyə və Səudi Ərəbistan arasında yüksək səviyyəli müzakirələrin aparıldığından xəbər vermişdir.
Digər tərəfdən Türkiyədə ən güclü müxalifət sayılıan Xalq Cəbhəsinin baş katibi “Gürsəl Təkin” Türkiyənin Təhlükəsizli Təşkilatının sədri Hakan Fidanın səs faylını yayaraq, Türkiyə ordusunun Suriya ərazilərində hərbi əməliyyata girib, Sultan Süleymanın məzarını Türkiyəyə köçürmək niyyətində olduğundan xəbər vermişdir.
Royterz Xəbərlər Agentliyi Suriyanın müəyyən bölgələrinə silah göndərildiyini nümayiş etdirən bir video-çəkilişin Cumhuriyyət qəzeti tərəfindən nəşr edildiyindən xəbər vermişdir. Həmin vedeoda Türkiyə jandarma və polis qüvvələri Türkiyənin Təhlükəsizlik Təşkilatına aid olan bir avto-nəqliyyat vasitəsinin içində olan silah və hərbi sursatlardan ibarət qutuları açırlar. Bu istiqamətdə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan TRT televiziya kanalı ilə müsahibədə “bu videonu yayan şəxs qarşılığını ağır ödəyəcək və mən onun qaçmasına icazə vermərəm” demişdir.
Cumhuriyyət qəzetinin baş redaktoru Can Dondar isə Ərdoğanın bu sözlərinə reaksiya olaraq, qəzetinin başlığında yazmışdır: “biz jurnalistik. Hökumət qulluqçusi deyilik. Bizim işimiz hökumət və MİT-in kirli işlərini ört-basdır etmək deyildir”. Bu istiqamətdə Doiçevele Xəbərlər Agentliyi isə Adna valisi Hüseyn Uni Cuş vasitəsilə Suriya hökumətinin ifratçı müxalifətinə silah və hərbi sursat göndərən Türkiyətinin Təhlükəsizlik Təşkilatına məxsis kamyonetlərin dayandırıldığına dair gizli sənədlərin yayıldığından xəbər vermişdir.
Adna Jandarmasının yaydığı məlumata görə, yoxlamaların ortasında Hüseyn Uni Cuş bunun qarşısını alıb, kamyonetlərin o vaxtkı baş nazir Rəcəb Təyyib Ərdoğanın göstərişi ilə göndərildiyini və onların yoxlanılmasının qanunsuz olduğunu bildirir. Suriyadakı teroristləri dəstəkləməyə və bu ölkəyə müdaxilə etməyə dair Türkiyyənin fəaliyyətləri bunlara məhdudlaşmır. Belə ki, Türkiyənin Siyasi-Təhlükəsizlik Komissiyasının üzvlərindən birinin söylədiyinə görə, Türkiyənin baş naziri Davudoğlu bütün komissiya üzvlərinin iştirakı ilə keçirilmiş bir iclasda Türkiyənin xarici siyasətində əldə edilmiş nəticələr ilə bağlı nigəranlığını bildirmişdir. Suriyada baş verən böhranın gedişatından məmnun qalmadığını ifadə edən Davudoğlu söyləmişdir ki, “şübhəsiz biz Suriya ilə bağlı zəif və boşluqlar ilə dolu məlumatlara malik olmuşuq. Suriyanın qarşısında olan tale dəyişməzsə etiraf etmək lazımdır ki, Türkiyə bu ölkənin böhranına madaxilə etmək məqsədilə ödədiyi ağır xərclərə baxmaraq hələ də öz məqsədlərinə nail olmamış və artıq özünü bu savaşı itirənlərdən hesab etməlidir”.
ABŞ prezidentinin müavini Coe Bayden bir çox qalmaqal yaratmış və hətta onu üç dəfə üzür istəməyə məcbur etmiş müsahibəsində bildirmişdir ki, Türkiyə ABŞ-ın məntəqədəki müttəfiqi olaraq, Suriyada hakimiyyətin dəyişdirilməsi üçün terorist qruplarının formalaşmasına yardım etmişdir.
Türkiyə Suriya hökumətinin devilməsinə yönəlik bir çox maddi yardımlar da etmişdir ki, bu istiqamətdə xülasə olaraq bəzi fəaliyyətlərə aşağıda göstərildiyi üzrə işarə etmək olar:
1- Türkiyənin cənub-şərqində və Suriyanın şimal-şərqində yerləşən Batman və Qaziantep şəhərləri vasitəsilə Həsən ikinci, Məhmət Bartınlı, Osman Kaya, Heydər Kalıslar kimi şəxslər tərəfindən idarə edilən Kayalar, Bilənlar, Doqulu, Barentli kimi şirkətlərə neft satmaq yolundan teroristlərə güncə bir milyol dollar üzərində gəlir yaratması;
2- Suriyanın tarixi əsərlərinin Türkiyə torpağından keçərək satışa çıxarılması və bunun nəticəsində indiyə qədər 7 mld. Dollar üzərində qazanc əldə edilməsi;
3- Öldürülmüş teroristlər, əhali və müxalifətin orqanlarının Türkiyə yolundan Avropa iş adamlarına satılması;
4- Girov götürülmüş şəxslər və əsirlərin ağır vəsaitlər qarşılığında Türkiyə torpağında müdadilə edilməsi;
5- Qeyri-müsəlman qadınların bu ölkədə satışa çıxarılması;
6- Suriya və İraqda oğurlanmış qədim və əlyazma kitabların Türkiyədə satılması;
7- Suriya və İraq ilə bağlı əldə edilmiş məlumatların təhlükəsizlik təşkilatlarına satılması
8- Kubaninin işqal edildiyi dövrlərdə İŞİD-ə mali və lojestik yardımların Türkiyə tərəfindən göstərilməsi;
9- Türkiyənin Ədalət və İnkişaf Partiyasına bağlı çalışan xeyriyyəçi müəssisələr və o cümlədən, İHH vasitəsilə yardımların göstərilməsi (diqqətə layiqdir ki, bu müəssisənin anbarları və büroları Türkiyənin Hatay Vilayətində hələ də aşkar şəkildə fəaliyyət göstərməkdədir).
10- Rusiya Federasiyasının Narkotik Maddələrin Dövriyyəsinə Nəzarət Təşkilatının sərdi Viktor İvanovun söylədiklərinə görə, heroin tranziti yolundan İŞİD-in ildə 1 mld. dollar gəlir əldə etməsi;
Türkiyənin Suriyadakı müdaxilələri və bu ölkənin teroristlərini dəstəkləməsini sübut edən ən aşkar nəticələrdən biri olaraq, Türkiyənin müxalifəti və ümum əhalisindəki potensiallarına aktivləşməsinə işarə etmək olar ki, Rəcəb Təyyib Ərdoğan hökumətindən müstəqil hökumət qurmaq imkanını alaraq Türkiyənin xarici siyasətində dəyişiklik edilməsini tələb etmişlər. Bu Ərdoğan və onu müşayiət edənlərə terroristləri dəstəkləməsi ilə bağlı bir xəbərdarlıq alarmı sayıla bilər. Teroristin yaxşı pisi yoxdur. Bu bıçaq bir gün öz əlini də kəsəcəkdir.
Türkiyə vətəndaşı Ribvar Osman
Əhməd Kaya