Alman nazirin Türkiyə ilə bağlı məktubu üzə çıxdı:"Rəsmi Ankara daha aqressiv siyasət yürüdür"

5-08-2017, 09:28           
Alman nazirin Türkiyə ilə bağlı məktubu üzə çıxdı:"Rəsmi Ankara daha aqressiv siyasət yürüdür"
Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Avropa Birliyinin (AB) ali rütbəli şəxslərinə Türkiyə ilə bağlı yazdığı məktub ortaya çıxıb.

Axar.az “Döç Velle"yə istinadən xəbər verir ki, nazirin 24 iyulda yazdığı məktubda rəsmi Ankaraya qarşı daha sərt tədbirlərin görülməsi xahiş edilir.

“Şpigel”in məlumatında isə sözügedən müraciətdə Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin Avropa dəyərləri ilə təzad təşkil etdiyi deyilir:

“Münasibətlərin normallaşması üçün göstərilən səylərə baxmayaraq, rəsmi Ankara daha da aqressiv xarici siyasət yürütməyə başlayır. Türkiyə üçün ayrılan maliyyə yardımları azaldılmalı və bu yardım ölkədə fəaliyyət göstərən QHT-lərə, dövlətə bağlı olmayan ictimai-siyasi təşkilatlara yönəldilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru