Türkmənistan prezidenti Azərbaycana gəlir

5-08-2017, 10:47           

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov avqustun 8-9-da Azərbaycana rəsmi səfərə gələcək.
Publika.az xəbər verir ki, bu barədə "Türkmən Dövlət Xəbərləri" (TDX) informasiya agentliyi xəbər yayıb.
Qeyd olunur ki, bu səfərlə bağlı məsələlər ölkə Nazirlər Kabinetinin iclası zamanı müzakirə olunub.
Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.
Bu sənədlər paketinin prioritet istiqamətlərdə qarşılıqlı səmərəli əməkdaşlığın yaradılması və fəallaşmasına istiqamətləndiyi bildirilir. (trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru