Avropanın yarısına narkotik maddə satırdı - PKK-nın Avropa dayağı çökdü

2-09-2017, 20:10           
Avropanın yarısına narkotik maddə satırdı - PKK-nın Avropa dayağı çökdü
PKK terror təşkilatının Belçikadakı şəbəkəsinin Avropanın yarısına narkotik maddə satdığı, əldə olunan milyonlarla avronu terroristlərə göndərdiyi ortaya çıxıb.

Moderator.az Belçika mediasına istinadən xəbər verir ki, Avstriyada və Belçikada keçirilən əməliyyatlar zamanı PKK-nın Avropadakı narkotik ticarəti ilə məşğul olan şəbəkəsi ifşa edilib, şəbəkə üzvləri həbs olunub. Mərkəzi Belçikanın Flaman bölgəsində yerləşən bu ticarət şəbəkəsinin narkotik maddələri Avropaya Belçikanın Anvers və Hollandiyanın Rotterdam limanlarından apardığı müəyyənləşdirilib.

Limanlardan götürülən narkotik maddələri Hasselt şəhərindəki bir evdə 5 kiloqramlıq qutularda qablaşdıraraq avtomobillərin gizli bölmələrinə yerləşdirən şəbəkə üzvləri onların Almaniya, Avstriya, Belçika, Fransa, Hollandiya və digər Avropa ölkələrində satışını təşkil ediblər. Keçirilən əməliyyat zamanı Hasseltdəki bir evdə 42 kiloqram narkotik maddə, 800 min avro pul ələ keçirilib.
Bu cinayəti törədən 4 nəfər Avstriyada həbs edilib. Belçikada isə aralarında adı açıqlanmaya şəbəkənin lideri də olan 10 nəfərə cinayət işi açılıb.

Qeyd edək ki, Belçika PKK-nın Avropada ən çox mənzilləndiyi ölkələrdən biridir. Bu terror təşkilatının internet televiziyalarının yayımlandığı Belçika ötən il təşkilatın 36 üzvünün tutulması üçün keçirilən məhkəmə iclasında “PKK-nın terror təşkilatı olmadığı” yönündə qərar çıxarılması ilə gündəmə gəlmişdi. Prokurorun etiraz etməsindən sonra cinayət işi yenidən ibtidai istintaqa qaytarılmışdı. Belçika hökumətinin PKK üzvlərinə Brüsseldə çadır qurmaq icazəsi verməsinə Türkiyə sərt şəkildə etirazını bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.