Evlərindən oğurlanan pul görün hardan çıxdı

13-09-2017, 09:29           
Evlərindən oğurlanan pul görün hardan çıxdı
Bursadakı bir ailənin evindən oğurlanan qızıllar qəribə üsulla tapılıb.

Belə ki, valideynləri ilə birgə yaşayan gənc ailənin evindən bir həftə öncə dəyəri 15 min manata yaxın olan qızıllar oğurlanmışdı. Bir gün həyətdə oturan ana kanalizasiya qapağını qaldıranda orada nəyinsə işıq saçdığını görüb və bu barədə oğluna xəbər verib. Oğlu da kanalizasiyaya yaxınlaşan kimi “qızılları tapdıq” deyib. Oğurlanan qızıllar bir-bir kanalizasiyadan çıxıb: “Polisi çağırdıq. Polis araşdırmaya başlayıb. Amma bilmirik ki, bu hadisəni kim və niyə edib. Amma təxmin edirik ki, kimsə heyf çıxmaq üçün bunu edib. Kim olduğunu isə polis müəyyən edəcək”.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru