Türkiyə də Şimali İraqa “van minut” dedi: “Bədəli ağır olacaq!”

14-09-2017, 13:12           
Türkiyə də Şimali İraqa “van minut” dedi: “Bədəli ağır olacaq!”
"İraq Nümayəndələr Məclisinin “İrak Kürd Regional İdarəçiliyi” (Şimali İraq Kürd Muxtariyyatlığı-Ovqat.com) tərəfindən keçirilməsi nəzərdə tutulan müstəqillik referandumunun qanunsuz olduğu və bu təşəbbüsün rədd edildiyi istiqamətində 12 Sentyabr 2017 tarixində qəbul etdiyi qərarı məmnuniyyətlə qarşılayırıq”.

Ovqat.com xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin Şimali İraq referendumuyla bağlı bu gün yaydığı rəsmi açıqlamadandır.

Açıqlamada hazırlıqlarını tamamlanan müstəqillik referendumunun siyasi uzaqgörənlikdən uzaq olduğu və romantik şərhlərlə narahatedici həddə gəldiyi vurğulanır və rəsmi Ərbilə bunun ağır bədəllərinin olacağı xatırladılaraq qeyd edilir:

“Şimali İraq idarəçilərini hikmətlə hərəkət və səhv mövqedən imtina etməyə çağırırıq.

Türkiyə Bağdad-Ərbil əlaqələrinin konstitusion və ədalətli bir zəmində yürüdülməsini, bu istiqamətdə Şimali İraqın konstitusiya anlaşılmazlıqlarına söykənən qanuni tələbləriylə bağlı məsələlərin dialoq yoluyla həllini arzu etməkdədir. Bu yanaşmayla Türkiyə İraq mərkəzi hökuməti və Şimali İraq arasındakı əlaqələri ərazi bütövlüyü, siyasi birlik və qarşılıqlı fayda əsasında gücləndirmək üçün əlindən gələn dəstəyi verməyə hazırdır. "

Qeyd edək ki, Şimali İraqda müstəqillik referendumunun sentyabrın 25-də keçiriləcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.