Nəə? İranda 35 milyon Türkmü var?
14-09-2017, 14:27
Türkiyə vətəndaşı:
-Bağışlayın siz haralısınız?
Güney Azərbaycanlı:
-Güney Azərbaycanlıyam.
-Doğurdan? Azərimisiniz?
-Xeyr əfəndim, Azəri deyiləm, Güney Azərbaycan Türküyəm.
-Bakıdanmısınız?!
Və anlaşıldı, tarix dərsi başlamışdır!
1825-ci ilə gedirik və hazırda yarı azad olan Azərbaycanın Çar Rusiyası ilə yaşadığı müharibədən sonra Araz çayı sərhəd götürülərək necə iki yerə bölündüyü və kiçik parçası olan Şimali Azərbaycanın Rus hakimiyyətində, o biri əsas və böyük parça olan Cənubi Azərbaycan isə Fars dövlətinin tərkibində qaldığını, bu bölünmənin günümüzə qədər davam ettiyini, sadəcə 1990-cı illərin başlığında SSRİ-nin parçalanması ilə birlikdə Quzey Azərbaycanın bağımsızlığıa qovuşduğunu anlatmağa başlayırıq…
Dialoqun davamı:
-Yəni İranlımısınız?
-Xeyr, əfəndim, Güney Azərbaycan. İran adlı ölkədə 1925-ci ildən (1925-ci ilə qədər İranda Qacarlar sülaləsi hakimiyyəti olub.Qacarlar Sülaləsi Fars deyil) bu yana hakim olan Farsların işğalı altındadır.
-İranda nə qədər Azəri var?
-Əfəndim, İranda 1 nəfər belə Azəri yoxdur! İranda 35 milyon Azərbaycan Türkü var.
Türkiyə vətəndaşı çox təəccüblənmişdir!
-Bəs, nə fərqi varki?!
-Çox fərqi var! Çünki Azərbaycan bir coğrafiya adıdır, millət deyil, Azəri adı isə ilk dəfə olaraq tarixin ən şiddətli Türk düşməni Stalin, daha sonra isə xəstə beyinli İran-Fars şovunistləri tərəfindən Azərbaycanlıların Türklük şüurunu yox etmək, unutdurmaq üçün uydurulan saxta bir kimlikdir.Əmin ol əgər Ruslar, Allah qorusun Anadoluya hakim olsaydılar, burada da Egeli, Qaradənizli və İzmirli kimi saxta, uydurma millətlər yaratmağa çalışardılar.
Başa düşülən bu, Türkiyə vətəndaşına çox maraqlı gəlmişdir:
-İranda nə qədər Türk var ki? (Çox şükür Türk dedi)
-35 milyon.
-Nə? 35 milyonmu? İranın nə qədər əhalisi var ki?
-Təxminən 70 milyon əfəndim.
-Allah, Allah o qədər varmı ki?
-Var əfəndim.
Nəysə ki indilik Azəri deyilik Türkük məsələsində anlaşırıq.Təbii indi də Türkiyə vətəndaşını İran marağı bürümüşdür.
-Ərəbcə bilirsən?
-Xeyr, əfəndim, bilmirəm.
-Bəs necə olur, İran Ərəb deyilmi?
-Xeyr, əfəndim İranda rəsmi dil Farscadır.İranda ancaq sizin Harran, Viranşəhər və Hatayınız qədər ərəb köklü ya var ya yox.
Bəli yoruldum, amma bir Türkiyə vətəndaşının şərq sərhədinə bitişik 35 milyonluq qandaşını kəşf etməsini həyata keçirdiyim üçün sevinirəm…
Xeyr, insanımıza, qandaşımıza əsəbləşməyə, ondan bu mövzuda bezməyə haqqımız yoxdur. Çünki onu idarə edən sistem onun çevrəsini, əhatəsini, dünyasını, onun necə ulu bir millətə mənsub olduğunu anlamasını əngəlləmişdir.
Bəli, Türkiyə, Türk millətçisi, rəhmətlik Əbülfəz Elçibəyə “Nə gözəl Türkçə danışırsınız, haradan öyrəndiniz?” deyə bilən başkanlarını gördü!
Bəli, Türkiyə, Qarabağdakı Türklərə Erməni caniləri tərəfindən soyqırıma məruz qalarkən “Onlar şiədir biz Sünni, onlarla İran maraqlansın” deyə bilən başkanlarını gördü!
Bəli, biz də digər vətəndaşlıqlı Türklər olaraq, Türkiyəyə ilk dəfə gələndə buradakı acı həqiqətlərlə üzləşdik.Amma heyf ki, dərdlərimizi dinləyən, bizimlə ürək birliyində olan buradakı dava yoldaşlarımızı da ən az özümüz qədər dərdli gördük.
Şair Feriduddin Attarın da dediyi kimi: Dost pis gündə bəlli olar, yaxşı günlərdə isə yüzlərcəsi tapılar.
Siz Türk milliyətçiləri, siz ülkücülər, bizim çətin vaxt dostumuz oldunuz.Bugün, bəlkə sərhədlərimiz birləşməyə bilər, amma dəqiqliklə deyərəm ki, ürəklərimiz birdir.
Biz Güney Azərbaycan Türk milliyətçiləri olaraq, Təbrizdə, Urmiyada və Sulduzdakı Bozqurd tək ışıldayan, ümid, iman və əzm dolu gözləri Qarsdan Ədirnəyə, əziz Türkiyəmizin hər yerində gördük.Bozqurd bayraqlarının dalğalandığı o müqəddəs ocaqlarda, vallahi Güney Azərbaycan yaşayır.İnanın eyni düşüncələr, eyni üzlər, eyni sadəlik və hətta çox söhbətlər belə eynidir.O ocaqlarda Şah İsmayıl da, Yavuz Sultan Səlim də, Uzun Həsən də, Fatih Sultan Mehmet də, Səttərxan da, Ənvər Paşa da, Qazi Mustafa Kamal Paşada, Çöhreganlı da vardır!
Yuxarıdakı sətirlər şair, yazar, Güney Azərbaycan Türkü, GAMOH(Güney Azərbaycan Milli Oyanış Hərəkatı) Türkiyə təmsilçisi Oktay Türkmənçaylının yazısından dərinlənmişdir.Həqiqətən də Azərilik, Azərbaycanlılıq, Türklük və Müsəlmanlıq qavramları çox yerdə yalnış işlənilməkdə və bir-birinə qatışmaqdadır.
Quzey və Güney Azərbaycan arasındakı fərq, ləhcələri, vəziyyətləri, tarixi haqqında Türkiyə çox böyük bilgi sahibi deyil.
Oqtay Türkmənçaylı