Türkiyədə yol qəzası: 21 nəfər xəsarət alıb

11-10-2017, 08:43           

Türkiyənin Ağrı vilayətində mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 21 nəfər xəsarət alıb.

Qeyd olunur ki, sürücü idarəetməni itirdikdən sonra, mikroavtobus maneə ilə toqquşub və aşıb. Yaralanlar xəstəxanalara çatdırılıb, onlara yardım göstərilib. Onların vəziyyəti normal kimi qiymətləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.