İsrail Türkiyə ilə razılaşır

11-10-2017, 12:04           

İsrail Türkiyə ərazisindən keçərək dünya bazarına çıxan qaz kəmərinin tikintisi ilə bağlı Ankarayla razılaşma imzalamağı planlaşdırır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailinin Milli İnfrastruktur, Energetika və Su Resursları naziri Dror Koen söyləyib. Onun sözlərinə görə, İsrail ərazi sularında qaz yataqlarının işlənməsi üçün yaxın zamanlarda bir neçə tender elan etmək niyyətindədir. O, Türkiyə şirkətlərinin buna xüsusi diqqət göstərdiyini bildirib:

“Bu layihələr birgə əməkdaşlıq üçün yeni imkanlar aça bilər. Hazırda İsrailin ixrac imkanları 300-350 milyon kub metr arasında dəyişir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru