RF XİN-dən Ərdoğana Krım ismarıcı:“Bu, Krım gerçəkliyini dəyişmir”

14-10-2017, 09:53           
RF XİN-dən Ərdoğana Krım ismarıcı:“Bu, Krım gerçəkliyini dəyişmir”
Yeni Çağ (Türkiyə), 13.10.2017



Rusiya XİN təmsilçisi Mariya Zaxarovadan prezident Ərdoğanın Ukrayna səfərinin gedişində verdiyi “Türkiyə Krımı Rusiyanın tərkib hissəsi saymır” bəyanatı haqda soruşanda Zaxarova qeyd edib ki, bu cür bəyanatlar Krımın Rusiyanın tərkib hissəsi olduğu faktını dəyişmir. RF XİN rəsmi təmsilçisi həftəlik brifinqdə Məsud Bərzaniyə yaxınlığı ilə tanınmış Rudaw TV telekanalının müxbiri Mariya Zaxarovaya sual edib ki, prezident Rəcvəb Tayib Ərdoğanın Türkiyənin Krımı Rusiyanın tərkib hissəsin saymadığı haqda sözləri Moskva və Ankaranın Suriyada əməkdaşlığına təsir edirmi?

Zaxarova cavablandırıb: “Hər kim olur-olsun, onun Krımın tanıması və yaxud tanımadığı haqda bəyanatı Krımın Rusiyanın tərkib hissəsi olduğuna təsir etmir”.

Rusiya XİN rəsmi təmsilçisi həmçinin əlavə edib: “Tərəfdaşlar müxtəlifdir. Hamının müxtəlif maraqları var”.



Oxucuların şərhləri:

Niyazi: məgər biz hər şeyi yoluna qoymuşuq ki, indi də növbə Krıma çatıb?

Ben: Məncə də, təsir etməməlidir.

Hüsnü ciblak: Hörmətli Mariya Zaxarova, biz öyrəşmişik, siz də öyrəşəcəksiniz… O, bir-iki gündən sonra Putinlə görüşəndə deyəcək ki, Krım Rusiyanın tərkib hissəsidir… yeri gəlmişkən, biz hələ Serbiyadan tonlarla ət idaxl edirik… yadınıza gəlir, bizim qardaşlarımızın qətliyamını təşkil etmiş serblərdən.

sulu gözlü əmrah: Rusiya da tezliklə bizə şillə tutuzduracaq… qapılar bir-bir bağlanır… biz başımızı kimin çiyninə qoyub hönkürəcəyik?

efe: Bircə bu çatmırdı… prezidentin müşavirləri hara baxırlar, onun çıxışlarında bu cür başdansovdu sözlərə necə yol verirlər? Belə çıxır ki, yüksək qonorarlar boşa gedir. ABŞ-la qapışdığımız bir vaxtda Rusiya ilə dalaşmağımız nəyə lazım?

tamer: ABŞ FETÖ-nü vermir, “Xalqbank”ın direktorunu həbs edirlər, bizsə gedib ABŞ-ın heç kimə sata bilmədiyi təyyarələri alırıq. ABŞ hətta Ərdoğann cangüdənlərinə tapança da satmır, Rusiyaya S-400 sifariş verir, sabahı gün Kiyevə gedib Rusiyanı sancırıq. Serblər müsəlmanların soyqırımını təşkil ediblər, biz isə Serbiyaya gedir və beş min ton ət alırıq. Kimsə bizim siyasətimizi izah edə bilərmi, kursumuz hansıdır, kimin tərəfindəyik?

vətəndaş: Bizim dünya lideri yenə harada necə danışacağını bilmədən həmlə edir. İndi də sabah Rusiya ilə üz-göz olacağıq.

Vayata: Yuxulu halda deyilmiş sözlərdir. Ciddi qəbul etməyin…

Müsafir: Son cümləni diqqətlə oxuyun. Zaxarova əslində bunu deyir: “Biz bilirik ki, Ərdoğan Ukraynada olduğundan bu sözləri deyib ki, Ukraynaya xoş getsin, əslində etiraf edir ki, Krım bizə məxsusdur. Ona görə də bu sözlərə əhəmiyyət vermirik”. Yəni deyir: “Biz bilirik ki, o, həmişə belə edir”.:))))

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.