Suriya Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib

15-10-2017, 00:02           

Rəsmi Dəməşq Türkiyədən öz qoşunlarını Suriyanın İdlib əyalətindən dərhal çıxarmağı tələb edib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə SANA agentliyinə ölkə XİN-dəki mənbə bildirib.
"Suriya Ərəb Respublikası Türkiyə qoşunlarının İdlib əyalətinə girməsini ən sərt şəkildə pisləyir. Bu ölkə suverenliyinə və Suriya torpaqlarının bütövlüyünə açıq-aydın qəsddir, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır", — deyə mənbə bildirib.
XİN nümayəndəsinin sözlərinə görə, Türkiyə qoşunlarının İdlibə girməsinin Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşma ilə heç bir əlaqəsi yoxdur.
"Suriya Ərəb Respublikası Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edir" — deyə diplomat əlavə edib.
Daha əvvəl Türkiyə Baş Qərargahı bildirmişdi ki, türk ordusu İdlibdə müşahidə məntəqələrini Suriyadakı gərginliyin azaldığı zonalarla bağlı Astanada əldə edilən razılaşmaya əsasən qurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru