"Qalatasaray"ın sabiq futbolçusu indi kotlet satır - FOTO

15-10-2017, 09:01           

FETO-yə görə axtarılan keçmiş futbolçu və millət vəkili Hakan Şükürün Amerikanın Kaliforniya ştatında "Tuts" adlı kafe açdığı məlum olub.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, terror təşkilatına üzv olmaq ittihamı ilə Türkiyədəki mülkləri müsadirə edilən Hakan Şükür açdığı kafedə masa-masa dolaşıb müştərilərinə yeməkləri bəyənib-bəyənmədiyini soruşur.
Palo Altoda Stanford Universitetinin yerləşdiyi məkanda açdığı kafedə keşmiş futbolçu müştəriləni səhər yeməyi və xəmir məmulatlarının yanında kotlet də satır.
2015-ci ildə İstanbuldakı evini satıb bankdan pulunu götürən, daha sonra Türkiyəni tərk edən Hakan Şükürün qısa bir müddətdən sonra ABŞ-da biznes fəaliyyətinə başladığı bildirilir.
Xatırladaq ki, Hakan Sükürün atası da FETO-ya maddi dəstək verdiyi üçün həbs olunub, daha sonra şərti olaraq azadlığa buraxılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru