Qırğızıstanda prezident seçkilərinin qalibi məlum oldu - YENİLƏNDİ

16-10-2017, 02:54           

Oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərində 900 mindən çox seçici hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı Soornbay Jeenbekova səs verib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, səsvermədə 1 milyon 692 min nəfər iştirak edib, onlardan 917 mini S. Jeenbekovun lehinə səs verib. Beləliklə, Soornbay Jeenbekov 55 faizə yaxın səs qazanıb”.
Qeyd edək ki, Qırğızıstan prezidentliyinə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Ölkə qanunvericiliyinə əsasən, Qırğızıstan MSK-sı 20 gün ərzində seçkilərin yekun nəticələrini elan etməlidir.
***
Qırğızstanda keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb.
Publika.az xəbər verir ki, saat 17:00-a seçicilərin 40,12%-i və yaxud 1 213 803 nəfər səs verib.
Səslərin 47 faizi, yəni 486 min səs sayılıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyası bu səslərin 233 minini hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekovun qazandığını açıqlayıb.
İkinci yerdə müxalifət liderlərindən Omurbek Babanov qərarlaşıb. Səslərin sayılması davam edir.
Qeyd edək ki, ölkədə 2375 seçki məntəqəsi fəaliyyət göstərib. Seçkilərdə 11 namizəd iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru