İraq ordusu Kərkükə doğru hücuma keçdi - VİDEO

16-10-2017, 03:38           

İraq ordusu Kərkükə doğru hərəkətə keçib.

Yenicag.az-ın Türkməneli Cəbhəsinin məsul şəxslərindən Özdəmir Hörmüzlüdən aldığı özəl xəbərə görə, İraqın xüsusi təyinatlı dəstəsinin komandanı Abdulvahab Yarullanın rəhbərlik etdiyi böyük bir dəstə Kərkükə daxil olur.

Gecə saatlarında İraq hökuməti Kərkük türkmənlərinə “Evinizi təkr etməyin” müraciəti etdikdən sonra İraqın Havica şəhərinin İŞİD-dən azad etdikdən sonra bölgədə tanınan Abdulvahab Yadulla Kərkük istiqamətində hərəkətə keçib. O, ilk olaraq, neft quyularını Bərzaninin peşmərgələrindən təmizləyəcək, daha sonra hava limanı və şəhər mərkəzini İraq hakimiyyətinin kontrolu altına salınmasını təşkil edəcək.

İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihi isə sosial media hesabından “İraq Kürd Bölgəsi İdarəetməsi mübahisəli bölgədə gerçəkləşdirdiyi fəaliyyətlərə son verməli və peşmərgələr təcili şəkildə Kərkükdən çıxarılmalıdır” yazdı.

Qeyd edək ki, bu gün İraq Milli Təhlükəsizlik Şurası Kərkükdə rəsmi təhlükəsizlik orqanlarından kənar silahlı qrupların olmaması mövzusunda bəyanatla çıxış edərək, Bərzaninin PKK terrorçularını şəhərə yığmasını “savaş elanı” olaraq, dəyərləndirmişdi.

***

Yenicag.az Türkmeneli Cəbhəsinə istinadən xəbər verir ki, Kərkükün cənubundakı Tazehurmatu rayonunda mövqe tutan İraq ordusu və Haşdi Şabi Birlikləri dörd bir tərəfdən şəhərə doğru irəliləyirlər.

Hazırda onların hər hansısa ciddi maneə ilə üzləşmədikləri bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.