Dəniz Baykalın səhhəti pisləşdi — Təcili xəstəxanaya aparıldı

16-10-2017, 11:41           
Dəniz Baykalın səhhəti pisləşdi — Təcili xəstəxanaya aparıldı
Azərbaycan əleyhinə səs verən Dəniz Baykal reanimasiyaya yerləşdirilib.

"Ölkə.Az" xəbər verir ki, Türkiyənin "CHP" partiyasının sabiq sədri və Antalya üzrə millət vəkili Dəniz Baykal xəstəxanaya yerləşdirilib. Baykal yüksək hərarət şikayəti ilə reanimasiyaya yerləşdirilib.

79 yaşlı siyasətçi Ankaradakı evində özünü pis hiss edib. Xəstəxanada ilkin müdaxilədən sonra Baykalın nəfəs yollarında infeksiya müşahidə edilib.
Sonra isə reanimasiya şöbəsində müalicə başlayıb. Bildirilir ki, siyasətçinin vəziyyəti yaxşıya doğru gedir.

Xəbəri eşidən bir çox partiyalı xəstəxanaya axın edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru