Təlabaniyə sadiq silahlılar Bərzaninin arxcasından çəkildi: “Bizi satdılar”

16-10-2017, 17:05           

İraq ordusunun Kərkük uğrunda başladığı hərəkat peşmərgə qüvvələri arasında ciddi parçalanmaya səbəb olub.
Turkustan.info xəbər verir ki, İraq ordusunun Kərkükdə uğurla irəliləməsinin bir səbəbi də bu ərazidə daha çox təsir gücü olan Kürdüstan Yurdsevərlər Birliyinə aid silahlı dəstələrin döyüşmədən geri çəkilməsidir. Belə ki, İraqın keçmiş prezidenti, bu günlərdə vəfat edən Cəlal Təlabaniyə sadiq Yurdsevərlər Birliyinin silahlıları son məqamda geri çəkilərək Bərzanini çətin vəziyyətdə qoyublar. Bu isə Bərzani tərəfdarları tərəfindən “satqınlıq” kimi qiymətləndirilir.
Bərzaniyə bağlı medianın bildirdiyinə görə Təlabaninin oğulları İran generalları ilə işbirliyinə gedərək Kərkükdə mövqelərini tərk ediblər: “Onlar, bizi, kürd xalqını, Bərzanini satdılar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru