TSK: İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb

16-10-2017, 23:13           
TSK: İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb
İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, biri ağır olmaqla 3-ü yaralanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahı məlumat yayıb.
Belə ki, Zap bölgəsində Türkiyə hərbçilərinin avtomobilinin keçdiyi yolda əldəqayırma partlayıcı partladılıb və PKK terrorçuları ilə silahlı qarşıdurma yaranıb.
Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin ərazini bombalayıb, nəticədə 8 terrorçu məhv edilib.
*** 16:10
Türkyənin Hakkari əyalətinin Çukurça rayonunda hərbçilərin avtomobilinin keçdiyi yolda əldəqayırma qumbaranın partladılması nəticəsində 2 hərbçi şəhid olub, yaralananlar var.
“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, hadisə Türkiyə ilə İraq sərhədində olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru