MKİ-nin Türkiyədə casus şəbəkəsi - Xəfiyyə açıqladı

17-10-2017, 08:40           
MKİ-nin Türkiyədə casus şəbəkəsi - Xəfiyyə açıqladı
Türkiyədə xarici qurumlara xidmət edən çoxlu casus var.

Axar.az bu sözləri “Milliyyət”ə müsahibəsində Milli İstihbarat Təşkilatı Terrora qarşı mübarizə Kollegiyasının keçmiş sədri Məhməd Eymür bildirib.

Eymür qeyd edib ki, 1946-cı ildən bu günə qədər gizli agentlər Türkiyədə nizə atır.

- Türkiyədə casus çoxdur?

- Çox. Türkiyədə xaricilərə çalışan çox insan var. Kədərlidir, amma təəssüf ki, doğrudur. 1946-cı ildən bəri gizli servislər Türkiyədə nizə atır. Mən Ankarada vəzifədə olanda MKİ kimi kəşfiyyat aparan və fəaliyyət göstərən ABŞ Hərbi-Hava Qüvvələrinin Baş Qərargahından bir zabit barədə məlumat əldə etdik və Qərargaha bildirdik. Cavab belə gəlmədi.

- Necə razı salırlar, sadəcə pul, yoxsa?

- Əsasən oğlunu, qızını oxutmaq, ya da pulla. Pullar da çox böyük rəqəmlər deyil. Bizim Savaşman var idi, məsələn, ABŞ-da haradasa zibil təmizləyən işçilərə verilən 500-600 dollar kimi bir pul alırdı.

- Səfirliklərdə, konsulluqlarda çox agent varmı?

- Akkreditə olanlar, yəni stansiya rəisi dediklərimiz məlumdur, amma onlardan başqa heç tanımadığımız insanlar da ortaya çıxır. Keçmişdən bəri bu davam edir. Məsələn, bir ər və arvad var idi, qadın bizim təşkilatla MKİ arasında vasitəçilik edirdi. ABŞ-a gedəndə öyrəndim ki, əri də MKİ-də çalışır.

- MKİ-nin İŞİD-lə əlaqəsi varmı?

- Var. Onlardan “islamdan soyutmaq” üçün də istifadə edirlər. Heç bir təşkilat öz-özünə pulsuz ayaqda qala bilməz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.