Pakistan türkiyəli müəllimi deportasiya edib

17-10-2017, 10:18           
Pakistan türkiyəli müəllimi deportasiya edib
Pakistanda PakTürk özəl məktəblər şəbəkəsinin keçmiş direktoru ailəsiylə birlikdə deportasiya olunub. Məlumatı türkiyəli müəllimin keçmiş həmkarları və vəkili yayıb.

Mesut Kaçmaz arvadı və iki qızıyla birlikdə Pakistandan çıxarılıb. O, sentyabrda ölkənin şərqindəki Lahor şəhərində saxlanmışdı.

Pakistan hökumətinin adının açıqlanmasını istəməyən rəsmisi «Reuters» agentliyinə deyib ki, ailə ötən həftəsonu Türkiyəyə deportasiya olunub və təhlükəsizlik əməkdaşları tərəfindən nəzarətə alınıb.

Türkiyə PakTürk şəbəkəsinin ABŞ-da yaşayan Fethullah Gülen-ə bağlı olduğunu iddia edir. Ankara Gülen-i ötənilki uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlasa da, Gülen bunu rədd edir.

PakTürk də Gülen-ə hər hansı bağlılığını danır.

M.Kaçmaz və ailəsi 2018-ci ilin noyabrınadək Pakistanda qaçqın kimi sığınacaq almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru