Türkiyəli yazar intihar etdi

18-10-2017, 09:35           
Türkiyəli yazar intihar etdi
Türkiyədə 6 kitab müəllifi olan yazar intihar edib.

Musavat.com-un məlumatına görə, hadisə Kocaeli əyalətinin Gebze rayonunda baş verib. Yazar Ayşə Altandan xəbər ala bilməyən dostları polisə müraciət ediblər. Ayşə Altanın yaşadığı ünvana gələn polislər qapını heç kimin açmadığını görəndə, çilingər çağırıblar. Qapı açıldıqdan sonra evə girən polislər hamam otağında qadının asılmış cəsədi ilə qarşılaşıblar. Meyit analiz üçün məhkəmə tibbi ekspertizaya göndərilib.



Qeyd edək ki, ixtisasca mühasib olan Ayşə Altan 1 övlad anasıdır. 6 kitab müəllifi olan qadın 1 ay əvvəl “Əskik şeir” kitabının imza gününü keçirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.