Dəniz Baykalın beyin ölümü gerçəkləşdi

18-10-2017, 09:44           

Dəniz Baykalın həyati təhlükəsi var.

Axar.az xəbər verir ki, bu sözləri CHP-nin keçmiş başqanı Dəniz Baykalın həkimi professor Ərkan İbiş deyib.

İbiş 79 yaşlı siyasətçinin müalicəsinin geniş bir şəkildə davam etdiriləcəyini bildirib: "Bu ana qədər daha yaxşı nəticələr görmək üçün ümidimizi qorumuşuq, bundan sonra yaranacaq duruma görə yenə də ümidlərimizi qoruyuruq, ancaq bəzi mənfi cəhətləri sizlər də bilirsiniz və bunları sizlərlə də bölüşürük. Baykalın səhhətinin pisləşdiyi andan həyatı təhlükəsi var, bu ciddi durumdur. Hazırda intensiv müalicə aparılır. Tənəffüs dəstəyi təmin edilir, beyin dəstəkləri təmin olunur. Bu proses zamanı da Baykal şüuru qapalı olaraq yatır".

***

"Habertürk" Dəniz Baykalın 3-cü əməliyyatdan sonra beyin ölümünə girdiyini yazıb.

Saytın əməkdaşı Sevilay Yılman Dəniz Baykalın ölümü ilə bağlı yayılan xəbərləri yanlış adlandırıb: "Dəniz Baykal ölməyib, sadəcə, vəziyyəti çox ağırdır. Hazırda beyin ölümü gerçəkləşdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru