Atambayev üzr istədi: Nazarbayevlə bağlı...

18-10-2017, 14:25           

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ətrafı sərhəd probleminin əsas günahkarıdır.

Axar.az xəbər verir ki, bunu tələbələrə prezident təqaüdlərinin təqdimatı zamanı Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

“Qırğızıstanla sərhədin bağlanması Bişkekin Rusiya ilə əlaqəsinin kəsilməsinə hesablanıb. Məncə, Prezident Nazarbayev bunun haqqında heç şübhəyə də sahib deyil. O, əlbəttə, bütün prezidentlər kimi öz ətrafına inanır. Lakin o bilmir ki, ətrafındakı milyarderlər, oliqarxlar Qazaxıstan haqqında yox, öz gələcəkləri barədə düşünürlər. Onların hesabları Qərb banklarında yerləşir. Yəqin mən Prezident Nazarbayev haqqında danışarkən haqlı deyildim. O da mənim kimi sadə adamdır və bəlkə də onun problemləri məndən daha çoxdur. Oliqarxların hədəfləri başqadır. Görünür, Qazaxıstanda kiril əlifbasından latın əlifbasına əbəs yerə keçmək istəmirlər. Bu, Rusiyadan uzaqlaşma deməkdir. Rusiya sərhədində Qazaxıstan hərbçiləri ABŞ dəniz piyadaları ilə birgə təlim aparırlar. Son bir neçə ildə biz görürük ki, Qazaxıstanın fəaliyyəti Avrasiya İttifaqının parçalanmasına yönəlib”, – deyə o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.