Şəmistan Əlizamanlının mahnısı Ərdoğana klip oldu- VİDEO

18-10-2017, 20:08           

Milli mahnıların, marşların ifaçısı, sevilən müğənni Şəmistan Əlizamanlının bir mahnısı son vaxtlar Türkiyədə populyarlıq qazanıb.
Sözləri Nizami Saraçlıya musiqisi və ifası Şəmistan Əlizamanlıya məxsus olan “Turan ellər var olsun” mahnısı qardaş ölkənin televiziyalarında da yayınlanıb.
Gununsesi.info Turkustan.info-ya istinadən xəbər verir ki, Şəmistan Əlizamanlının sözügedən mahnısının sədaları altında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir neçə versiyada kliplər də hazırlanb. Bu çarxlardan biri “Ahaber” kanalı tərəfindən hazırlanıb və videonun sonunda titrdə Şəmistan Əlizamanlıya təşəkkür edir.
Turkustan.info-ya açıqlamasında Ş.Əlizamanlı qardaş ölkədə mahnısına göstərilən bu cür diqqət və sevgidən məmnun olduğunu söyləyib: “Təqdim etdiyimiz bir çox mahnılarımız Türkiyədə, Türk dünyasında sevilir, dinlənilir. Bu mahnının son vaxtlar Türkiyədə yenidən canlandırılması bizi məmnun etdi”.
[media=https://www.youtube.com/watch?time_continue=61&v=awhgqY4bcNI]
[media=https://www.youtube.com/watch?v=BikUSD7Umrc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru