Türk mediası məşhurların yer aldığı filmi hədəf seçdi

22-10-2017, 10:58           

Baş rollarda Kənan İmirzalıoğlu, Məryəm Üzərli və digər məşhur sənətçilərin oynadığı “Cingöz Recai” filmi Türkiyədə gözlənilən izləyici kütləsi toplaya bilməyib.

Kult.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin “Sabah” qəzeti yayıb. Filmin bəyənilməməsinə ssenaridəki boşluqların səbəb olduğu bildirilib. Qəzet “Sanki bu filmi çəkmək üçün rejissor Onur Ünlünün başına silah dayayıblar”, - sözlərini yazaraq filmi sərt tənqid edib.

Qeyd edək ki, “Sabah” qəzetindən əlavə “Habertürk” də filmi tənqid edərək, sponsorlara “Bu filmi maliyyələşdirdiyiniz üçün peşmansınızmı?”, - ritorik sualını ünvanlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru